Mahir Emreli polyak dilini öyrənir

13:36 - 26 İyun 2021

Polşanın "Legiya" klubundan çıxış edən Mahir Emreli polyak dilini öyrənməyə başlayıb.

 

Sportal.az "TVP Sport"a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Polşaya daha yaxşı uyğunlaşmaq bu ölkənin dilini öyrənmək istəyir. Onun komanda yoldaşlarından polyak dilində mütəmadi olaraq sözlər soruşduğu bildirilib.

 

Mahir Emreli Varşava təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Xəbər xətti