Bu gün Avro-2020-də 1/8 final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Əvvəlcə Uels Danimarka ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Danimarka 1/4 finala yüksəlib. Komanda iyulun 3-də Bakıda keçiriləcək bu mərhələdə Niderland - Çexiya cütünün qalibi ilə qarşılaşacaq.
Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gəliblər. Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda 2 qol vuran italyanlar 1/4 finala yüksəlib. Komanda bu mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
Avropa çempionatı, 1/8 final mərhələsi
23:00. İtaliya - Avstriya - 2:1
Qollar: Kyeza, 95, Pessina, 105 - Kalaziç, 114
Baş hakim: Entoni Teylor (İngiltərə)
London, "Uembli" stadionu
20:00. Uels - Danimarka - 0:4
Qollar: Dolberq, 27, 48, Mehle, 89, Breytveyt, 90+6
Qırmızı vərəqə: Uilson, 90+1 (Uels)
Baş hakim: Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"