"Mahirin Ekstraklasanın ulduzu olmaq potensialı var"

13:49 - 28 İyun 2021

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç yerli mətbuata müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, “Mahir Emrelinin ulduz olmaq potensialı varmı” sualını belə cavablandırıb:

 

"Kaş ki olsun. Bunun üçün potensialı var. Amma bu liqaya çox sayda potensiallı oyunçu gəlsə də, heç də hamısı uğurlu ola bilməyib. Onun yaxşı oynaması və bizə kömək etməsi üçün hər şeyi edəcəyik. Emreli oyuna qoşulmağı sevən futbolçudur. Meydanda çox qaçır. Ekstraklasanın ulduzu olmasını istərdim. Amma heç nəyi əvvəlcədən deyə bilmərəm".

Xəbər xətti