“Qarabağ”a bu cür hesabla məğlub olacağımızı planlaşdırmamışdıq" - MÜSAHİBƏ

11:33 - 5 İyul 2021

Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib:

 

- “Keşlə”nin hazırlığı nə yerdədi? Sizi sevindirən və sevindirməyən məqamlar hansılardı?
- Hazırlıqlarımız plan üzrə davam edir. Bu gün iki tərəfli oyunumuz olacaq. İyulun 9-da isə “Səbail”lə, 13-nə isə “Sabah”la yoxlama görüşü planlaşdırmışıq. Şükürlər olsun işimizdə hər hansı əskiklik yoxdu. “Soçi” ilə oyuna qədər planımızı qoruyub-saxlamağa çalışacağıq.

 

- Komanda “Qarabağ”a yoxlama görüşü olsa belə, 0:7 hesabı ilə uduzdu. Ağdam klubuna məğlubiyyət həm özünüzdə, həm də futbolçularda ümidsizlik yaratdı?
- “Qarabağ”a bu cür hesabla məğlub olacağımızı planlaşdırmamışdıq. Heç düşünmürdük. Yeni və baxışda olan futbolçular var idi. Aldair Neto və Omar Qudiabini iki məşqdən sonra az da olsa meydanda görmək istədik. Sonda 0:7 hesablı böyükhesablı məğlubiyyət yaşadıq. Əlbəttə, istəməzdik ki, belə olsun. Çalışdıq oyunda hansısa planı həyata keçirək. Lakin böyükhesablı məğlubiyyət planımıza daxil deyildi. Oyundan sonra baxışda olan bəzi futbolçular haqda da qərarımızı verdik.  Fakundo Melivilo onlar arasındaydı. Yollarımızı ayırmaq məcburiyyətində qaldıq.

 

- Komanda hazırlığın ikinci mərhələsəni əvvəlcədən planlaşdırıldığı kimi Qəbələdə keçməli olsa da, paytaxtda qalası oldunuz. Qəbələyə gedə bilməməyiniz maliyyə ilə bağlıdı?
- Bəli, hazırlığımızı tam olaraq Bakıda keçirəcəyik. Qəbələdə hazırlıq keçəcəyimizi planlaşdırsaq da, yoxlama oyunlarının olmamasına görə Bakıda qalası olduq. Düşdüyümüz vəziyyət budu və bu vəziyyətdən də tam səmərəli istifadə etməyə çalışırıq. Öz bazamızda məskunlaşmışıq.

 

- Yeni transferlər – Merab Qiqauri, Aldair Neto, Omar Guidiabi, Felipe Santos necə, gözləntilərinizi qarşılayır? Bu oyunçuları özünüz bəyənərək komandaya dəvət etmisiz, yoxsa rəhbərlik məsləhət görüb?
- Təbii ki, mənim istəyimlə baş tutan transferlərdi. Çox futbolçuları izləyirdik. Gələnlərin hamısı büdcəmizə uyğun və bəyəndiyimiz futbolçulardı. Onların potensialına inanırıq, inanıb dəvət etmişik. Qarşıdakı hər gün onlar üçün inkişaf olacaq. 

 

- Bundan sonra legioner transferlərin davamı gələcək, yoxsa bitdi?
- Çətin, bundan sonra transfer olsun. Ola bilsin ki, hansısa futbolçunu baxışa çağıraq. Amma büdcəmiz futbolçu transferinə imkan vermir. Ona görə də transferlərimiz hələ ki, bunlardı. Baxışda olan Fakuno Melivilo ilə yollarımızı ayırdıq. Uzun müddətdir ki, oynamaması çıxışına təsir etdi. Zamanımız çox da yoxdu. Ona görə həmin mövqeyə Amil Yunanovu transfer etdik.

 

- Mətbuatda yayılan xəbərlərə görə, Abanq “Neftçi”dən təklif alsa da, gedişinə siz razı olmamısınız..
- Yox. Abanqın “Keşlə” ilə davam edən müqaviləsi var. “Neftçi”dən də bizə təklif gəlməyib. Abanq komandamızın futbolçusudu.

 

- Nəhayət, “Keşlə” üçün yəqin ki, ən əsas məsələ Konfrans Liqasında “Soçi” ilə qarşılaşmadı. Rusiya təmsilçisi ilə qarşılaşmada “Keşlə”nin nə qədər şansı var?
- “Soçi” ilə oyunda inamımız böyükdü. Baxmayaraq ki, rəqibimiz çox ciddi komandadı. Hazırlığımız ciddi şəkildə davam edir. Bütün fikirlərimiz də məhz bu oyuna yönəlib. Həmin gün birinci növbədə yaxşı əhval-ruhiyyədə, yaxşı motivasiyada olmalıyıq. Çünki səfərdə oynayacağıq. Nə qədər şansımız varsa, hamısını dəyərləndirməyə çalışacağıq. Əsas odur ki, dediyim kimi yaxşı əhval-ruhiyyədə olaq. Belədə, şanslarımız da var

Xəbər xətti