"Yeni başlanğıcdayıq" - "Qarabağ"ın futbolçusu

12:35 - 6 İyul 2021

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, kabo-verdeli futbolçu Avstriyadakı hazırlıq prosesindən danışıb:

 

"Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir. Bəzən yoruluruq, amma yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir".

Xəbər xətti