Polşa çempionatının ilk turunda Azərbaycan derbisi

13:20 - 12 İyul 2021

Polşa Ekstraklasasında yeni mövsümün püşkü atılıb.


Sportal.az xəbər verir ki, çempionatın ilk turunda Azərbaycan derbisi baş tutacaq: Mahir Emrelinin formasını geyindiyi "Legiya" və Anton Krivotsyukun çıxış etdiyi "Visla" (Plok) üz-üz gələcək.
 

İyulun 24-də baş tutacaq sözügedən matç Varşavada oynanılacaq.
 

Həm Mahir, həm də Anton bu yay Polşaya üz tutub. Emreli artıq yeni klubunda rəsmi debütünü də edib. O, Çempionlar Liqasında Norveç "Bude Qlimt"i ilə qarşılşmada (3:2) vurduğu 2 qolla komandasına qələbə qazandırıb.

Xəbər xətti