Türkiyənin "Qalatasaray" klubu sol cinah müdafiəçisi axtarışını davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə Premyer Liqa klubu "Kristal Pelas"dan ayrılan Patrik van Anholtu hədəfə alıb. "Sarı-qırmızılar" azad agent statusu daşıyan Niderland millisinin üzvü ilə danışıqlara başlayıb.
30 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 22 oyunda 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi