"Polşa və Azərbaycandakı hazırlıq prosesini müqayisə etmək istəmirəm. Hər məşqçinin öz metodu var".
Sportal.az xəbər verir ki, bu fikirləri "Legiya"nın futbolçusu Mahir Emreli deyib.
Çempionlar Liqası 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Lüegiya" öz meydanında Norveçin "Bodo Qlimt" klubunu qəbul edəcək. Oyundan öncə baş tutan mətbuat konfransında Mahir Emreli jurnalistlərin suallarını cavablandırıb. 24 yaşlı hücumçu aşağıdakı fikirləri səsləndirib:
Mənim üçün klubdakı atmosfer heyrətamizdi. İlk gündən komanda yoldaşlarım və məşqçilər tərəfindən yaxşı qarşılandım. Baş məşqçimiz Çeslav Mixneviç rus dilində danışır və bu da mənim işimi çox asanlaşdırır. Hamımız bir-birimizi meydanda və meydandan kənarda yaxşı başa düşürük. Bu da uyğunlaşma üçün əlverişlidir.
Azarkeşləri səbrsizliklə gözləyirəm. Komandamız azarkeşlərin önündə oynamaq üçün darıxıb. Təlim-məşq toplanışı zamanı bu barədə çox danışmışıq. Hamımız fanatlarla dolu olan tribunalar önündə oyanayacağımızı gözləyirik.
Tomas Pekartla tanış olmaq çox xoş idi. Zəngin karyerası olan oyunçudur. Gənc forvard kimi Tomasdan çox şey öyrənə bilərəm. Birlikdə oynayıb-oynamamağımıza baş məşqçi qərar verəcək. Bir və ya iki hücumçu ilə oynamağımızın mənim üçün fərqi yoxdur. Bu, məşqçinin seçimidi. Kimin əsas heyətdə, kimin ehtiyatda olması vacib deyil, bir-birimizə dəstək olmalıyıq. Zinəddin Zidanın belə bir sözü var ki, ehtiyatda oturmağı bacarmayan böyük futbolçu ola bilməz.
saytlarin hazirlanmasi