AFFA xorvatiyalı futbolçunu milliləşdirdi - rəsmi

21:21 - 14 İyul 2021

"Qarabağ"ın futbolçusu Filip Ozobiçin Azərbaycan millisində çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA-dan FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.

 

Sportal.az xəbər verir ki, bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.

 

Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.

 

Xorvatiyalı yarımmüdafiəçi 2016-2018-ci illərdə "Qəbələ"də də çıxış edib. 30 yaşlı futboçu 2018-ci ildə "Qarabağ"a keçib.

 

Xəbər xətti