Mahir Emreli: "Hisslərimi sözlə ifadə etmək çətindir"

15:36 - 15 İyul 2021

Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Norveçin "Budo Qlimt" komandasını mübarizədən kənarlaşdıraraq 2-ci təsnifat mərhələsinə yüksəlib.

 

Sportal.az xəbər verir ki, komandasının ilk qolunun ötürməsini verən millimizin futbolçusu sosial şəbəkə hesabında paylaşım edib. 24 yaşlı hücumçu azarkeşlərə təşəkkürünü bildirib:

 

"Hisslərimi sözlə ifadə etmək həqiqətən çətindir. Dünən möhtəşəm matç oldu. Bizə belə dəstək olduğunuz üçün hamınıza təşəkkür edirəm. Hər zaman olduğu kimi, bütün gücümüzü sərf etdik və bilirik ki zəhmətimizin bəhrəsini görəcəyik. Növbəti turda görüşərik!"

Xəbər xətti