"Selta" Əmrə Moru yeni mövsüm üçün heyətində düşünmür.
Sportal.az xəbər verir ki, Viqo təmsilçisi heç bir klubdan təklifi olmayan vingerin müqaviləsinə xitam verəcək. La Liqa təmsilçisi 1 illik müqaviləsi qalan futbolçunu sərbəst buraxmağa qərar verib.
"Selta" 23 yaşlı futbolçunu 2017-ci ildə "Borussiya"dan 13 milyon avroya transfer etmişdi. Mor ötən mövsümü icarə əsasında "Qalatasaray" və "Olimpiakos"da keçirib.
saytlarin hazirlanmasi