"Legiya"nın hücumçusu Mahir Emreli Polşada ilk titulunu qazana bilər.
Sportal.az xəbər verir ki, millimizin futbolçusunun klubu bu gün Polşa Super Kuboku uğrunda oyuna çıxacaq. Varşava təmsilçisi ölkə kubokunun qalibi olan "Rakuv"la qarşılaşacaq.
"Legiya" - "Rakuv" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Mahir Emreli "Legiya"nın heyətində Çempionlar Liqası 1-si təsnifat mərhələsi çərçivəsində keçirilən iki oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi