"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Ayanyaspor"un yarımmüdafiəçisi Berkan Kutlunu transfer edib. "Cim bom" 23 yaşlı futbolçu üçün Alanya klubuna 3 milyon avro ödəyəcək.
Qeyd edək ki, Berkan Kutlu 2020-ci ildə İsveçrənin "Sion" klubundan "Alanyaspor"a transfer olmuşdu.
Xatırladaq ki, "Qalatasaray" daha əvvəl Aytaç Kara, Alparslan Öztürk və Barış Alper Yılmazı transfer edib.