"Beşiktaş" ötən mövsüm "Sportinq"dən icarəyə götürdüyü Valentin Rozyenin transfer hüququna yiyələnib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün 4,4 milyon avro təzminat ödəməyi qəbul edib. 24 yaşlı futbolçu ilə 4 illik razılıq əldə edilib.
Fransalı müdafiəçi ötən mövsüm "qara qartallar"da keçirdiyi 37 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi