Türkiyənin "Fənərbaxça" klubu 4 futbolçunu heyətdən kənarlaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qərarı komandanın baş məşqçisi Vitor Pereyra verib.
Portuqaliyalı mütəxəssisin istəyinə əsasən, Mame Tiam, Kemal Ademi, Sadık Çiftöınar və Oğuz Kağan Güçtekin əsas komandadan ayrı məşq edəcəklər. Futbolçuların gələcək karyeraları ilə bağlı qərar veriləcək.
saytlarin hazirlanmasi