"Qarabağ" "Zirə" ilə qarşılaşdı

20:20 - 23 İyul 2021

Bu gün "Qarabağ" "Azersun Arena"da "Zirə" ilə yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasında "Aşdod"la matçda oynamayan və daha az oynayan futbolçulara şans verib. İkinci hissədə isə ehtiyat qüvvə meydana daxil olub.

 

Qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Yeganə qolu penaltidən Kadi Borqes vurub.

Xəbər xətti