"Beşiktaş" Əlcəzair millisinin üzvü Rəşid Gözəllə anlaşıb.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" 29 yaşlı futbolçunun transfer hüququnu almaq üçün "Lester Siti" ilə uğurlu danışıqlar aparıb. Təcrübəli futbolçu ilə 4 illik razılıq əldə edilib. Onun illik maaşı 3 milyon avro olacaq.
Rəşid Gözəl ötən mövsüm icarə əsasında İstanbul klubunda çıxış etmişdi. O, 35 oyunda 8 qol və 18 məhsuldar ötürmə ilə yadda qalmışdı.
saytlarin hazirlanmasi