"Beşiktaş" "Liverpul"un hücumçusu Divok Oricini icarəyə götürmək istəyir.
Sportal.az xəbər verir ki, "qırmızılar"ın İstanbul təmsilçisinin müraciətinə müsbət cavab verəcəyi gözlənilir. Konqo əsilli belçikalı forvardın maaş tələbi yüksək olduğu üçün "ağ-qaralar" bir qədər tələsmək istəmir.
26 yaşlı futbolçu mersiysadlılarda illik 3,5 milyon avro maaş alır. "Beşiktaş" isə bu məbləğin klublar arasında bölünərək futbolçuya verilməsini istəyir.
"Liverpul" Belçika millisinin üzvünü 2014-cü ildə Fransanın "Lill" klubundan 10 milyon funt-sterlinqə transfer edib. O, ötən mövsüm keçirdiyi 17 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi