Türkiyə I Liqasında 17-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə lider "Ümraniyespor"un qonağı olub. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsiylə başa çatıb.
Namik də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 90 dəqiqə meydanda olub.
Qyed edək ki, 18 xal toplayan "Bursaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi