Musa Qurbanlı "Qarabağ"ın tarixinə düşdü

11:08 - 17 Dekabr 2021

“Qarabağ” Azərbaycan çempionatlarında 750-ci ev qoluna imza atıb.

 

Sportal.az xəbər verir ki, bu, Premyer Liqanın XIV turuna təsadüf edib. “Zirə” ilə görüşdə (2:0) vurulan ikinci qol yubiley xarakteri daşıyıb.

 

Bu topa Musa Qurbanlı imza atıb. “Qarabağ” 750-ci qolu 413-cü ev oyununda vurub.

 

Qeyd edək ki, “Qarabağ”ın evdəki ilk qolunun müəllifi Mehman Alışanovdur. 1992-ci mayın 3-də Sabirabad “İnşaatçı”sının (1:2) qapısına qol vuran futbolçu həm də ölkə çempionatlarının tarixinin birinci topuna imza atıb.

Xəbər xətti