66 yaşlı məşqçi yenidən milli komandada işləyə bilər

17:26 - 25 Mart 2022

Tanınmış məşqçi Marselo Byelsa yenidən milli komandada çalışa bilər.

Sportal.az “Fichajes”ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssisə Boliviya Futbol Federasiyasından təklif gəlib.

Federasiya prezidenti Fernando Kosta Byelsaya Boliviya millisini çalışdırmağı təklif edib.

Son iş yeri “Lids” olan mütəxəssis hələ ki, konkret qərarını verməyib. Byelsa bundan əvvəl Argentina və Çili millilərini çalışdırıb.

Xəbər xətti