İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina DÇ-2022-nin Şimali Makedoniyaya qarşı keçirilən pley-off matçından sonra yerli mətbuata danışıb.
Sportal.az “Football İtalia”ya istinadən xəbər verir ki, federasiyası rəhbəri millinin uğursuzluğunu belə şərh edib:
"Azarkeşlərimizə görə həqiqətən də üzgünəm. Yayda yaşadığımız böyük sevinci unutmuruq. Amma Şimali Makedniya məğlubiyyətinə görə böyük acımız var. Ümidvaram ki, Roberto Mançini baş məşqçi postunda qalacaq və komandanı yenidən özünə gətirəcək".
