İtaliya millisinin baş məşqçi postunda dəyişiklik baş verə bilər.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, Roberto Mançinini əvəzləyə biləcək məşqçilərin adı da bəlli olub.
Belə ki, Fabio Kannavaro və Marçello Lippi milli komandanın baş məşqçi postuna gətirilə bilər. Federasiya rəhbərliyi isə Roberto Mançinin postundan getməsini istəmir. DÇ-2022-nin pley-off matçında Şimali Makedoniyaya məğlubiyyətdən sonra azarkeşlər Mançinini istefaya səsləyib.
