Braziliya milli komandası DÇ-2022-nin seçmə mərhələsinin son oyununa ciddi itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, 17-ci turun Çili ilə matçında (4:0) sarı vərəqə ilə cəzalandırılan Neymar və Vinisius Junyor cəzalı duruma düşüb. Ulduz futbolçular Boliviya yığmasına qarşı keçirəcək oyunu buraxacaqlar.
Qeyd edək ki, Braziliya yığması 17 turdan sonra 42 xal toplayaraq Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.
saytlarin hazirlanmasi
