U-17 Malta ilə heç-heçə oynadı

22:13 - 25 Mart 2022

Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki,  Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesabı ilə başa çatıb.
 

Fasiləyə məğlub yollanan millimiz 51-ci dəqiqədə Əşrəf Ələkbərli və 60-cı dəqiqədə Dinamin Bağırovla hesabda irəli çıxıb. Rəqib komanda 62-ci dəqiqədə penaltidən yararlana bilməyib. Millimizin qapıçısı Sadiq Məmmədzadə penaltini dəf edib.

​Bu komandalar arasında növbəti oyun martın 28-də keçiriləcək.

Xəbər xətti