Millimizin rəqibi uduzdu

23:24 - 25 Mart 2022

UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Slovakiya yığması yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, millimizin rəqibi səfərdə Norveçlə qarşılaşıb.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə sona çatıb.

Norveç - Slovakiya 2:0
Qollar
: Erlinq Haland, 77, Martin Edeqor 80

​Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.

Xəbər xətti