Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi Jelko Kopiç Mahir Emreli haqda danışıb.
Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 45 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun ölkə çempionatının 27-ci turunun "Hayduk"la matçında (0:0) zədəli halda oynadığını deyib:
"Emreli bizə hazırlıqsız gəlmişdi və koronavirusun ağır formasını keçirdi. Oynamamasının səbəbi də bu idi. “Hayduk”la görüşdə baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, Polyuddakı matçda onu start heyətinə saldım. Ancaq ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi və yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik.
Mahirdən soruşanda ki, niyə demədin? Cavabında söylədi ki, komandaya gücləndirici kimi gəldiyimi və məndən çox şey gözlədiyinizi bilirəm. Derbi matçı keçirilirdi, stadion da dolu idi. Mahir buna görə kömək etmək istədiyini dedi”.
saytlarin hazirlanmasi