Argentina 3 xalı 3 qolla qazandı - VİDEO

11:58 - 26 Mart 2022

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Argentina milli komandası doğma meydanda Venesuelanı qəbul edib. Qarşılaşma Lionel Skaloninin yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 38-ə yüksəldən Argentina yığması turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Venesuela isə 10 xalla sonuncu yerdədir.

 

Argentina - Venesuela 3:0

Qollar: Nikolas Qonzales, 34, Anxel Di Mariya, 79, Lionel Messi, 82

 

Xəbər xətti