Azərbaycanla oyunda karyerasını bitirdi

12:15 - 26 Mart 2022

Andrey Acius Malta milli komandasındakı karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub etdikləri matç 35 yaşlı mərkəz müdafiəçisi üçün millidə sonuncu olub. Görüşə start heyətdə başlayan təcrübəli futbolçu 42-ci dəqiqədə əvəzlənib.

 

Andrey Acius 16 ildir formasını geydiyi Malta milli komandasının heyətində 103 oyunda meydana çıxıb.

 

Xəbər xətti