Azərbaycanla oyundan əvvəl heç-heçə etdilər - VİDEO

13:18 - 26 Mart 2022

Latviya milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Daynis Kazakeviçin rəhbərlik etdiyi kollektiv Küveytlə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Latviyanın heyətində Roberts Savaļnieks fərqlənib.

 

Qeyd edək ki, Latviya yığması 29 mart tarixində Maltanın Ta Qali şəhərindəki Milli Stadionda Azərbaycan millisi ilə qarşılaşacaq.

 

Xəbər xətti