Argentina milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 17-ci turunda Venesuelanı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçda sonuncu qolun müəllifi olan Lionel Messi açıqlama verib. Ulduz futbolçu dünya çempionatından sonra çox şeyin dəyişəcəyini deyib:
"Amerika Kubonunu qazanandan sonra burada çox xoşbəxtəm. İnsanlar məni sevdiklərini, minnətdar olduqlarını göstərirlər. Nəticədən asılı olmayaraq, dünya çempionatından sonra bir çox şeyi yenidən düşünməli olacağam".
saytlarin hazirlanmasi
