Kamran qol vurdu, komandası darmadağınla qalib gəldi

14:50 - 26 Mart 2022

Rusiya 1-ci divizionunda 29-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi "SKA Xabarovsk" doğma meydanda "Tekstilşik"lə qarşılaşıb. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

Kamran da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana daxil olub. Komandasının sonuncu qolunu da 88-ci dəqiqədə 22 yaşlı futbolçu vurub.

 

Xallarını 48-ə yüksəldən "SKA Xabarovsk" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti