Salah "Barselona"da oynamaq istəyir

20:04 - 26 Mart 2022

"Liverpul"un futbolçusu Məhəmməd Salahın keçmək istədiyi klub məlum olub.

Sportal.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Misirli hücumçu yayda "Barselona"ya keçmək niyyətindədir.

"Liverpul"la yeni müqavilə danışıqlarında razılığa gələ bilməyən 29 yaşlı hücumçunun könlünün Kataloniya klubunda olduğu bildirilib.

Salah bu mövsüm 36 oyunda 28 qol vurub. 

Xəbər xətti