Qazaxıstanda 29 yaşlı azərbaycanlı çempion qəfildən öldü - FOTO

23:48 - 26 Mart 2022

Əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23-də Qazaxıstanın Kamenoqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib. 

 

Sportal.az xəbər verir ki, 1997-ci ildən Qazaxıstanda yaşayan N.Dəmirçi idmanın boks, kikboks, qaydasız döyüş və K-1 növləriylə məşğul olub. O, boks və kikboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub.

 

N.Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğulduğu Qax rayonuna gətirilərək dəfn olunacaq.

 

Unikal.org

 

 

 

Xəbər xətti