Anxel Di Mariya Argentina millisindəki karyerasını bitirəcək.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin Venesuela ilə (3:0) oyunundan sonra yerli mətbuata açıqlamasında bu haqda məlumat verib.
O, Qətərdə keçiriləcək DÇ-2022-dən sonra milli formanı geyinməyəcəyini deyib.
2008-ci ildən Argentina millisində oynayan Di Maria 121 oyuna 24 qol vurub.
