"Mançester Yunayted"ə qayıdacaq, başqa kluba keçəcək

11:11 - 27 Mart 2022

Fransa millisinin futbolçusu Antoni Marsial yayda "Sevilya"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, forvard İspaniyadan ayrılaraq "Mançester Yunayted"ə geri dönəcək.

Əndəlusia təmsilçisi 26 yaşlı forvardı altı aylıq icarəyə götürüb və onun icarə müddətini uzatmaq fikrində deyil. Üstəlik, ispanların Marsialın transfer hüququna yiyələnmək istəyi yoxdu. Ancaq futbolçunun "Mançester Yunayted"də qalmayacağı və başqa kluba keçəcəyi iddia edilir. 

Xəbər xətti