"Qarabağ"ın futbolçusu: "Qürur duyuram"

12:14 - 27 Mart 2022

"Qarabağ"ın legioneri Leandro Andrade Kabo-Verde millisində debüt edib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Lixtenşteynə qarşı yoxlama oyununun (6:0) 56-cı dəqiqəsində meydana daxil olub və yığmada debüt edib.

Andrade şəxsi instaqram hesabında paylaşımında bu cür yazıb:

"Bu xalqı təmsil etməkdən qürur duyuram. Daha bir arzum gerçəkləşdi".

Xəbər xətti