"Benfika"nın qapıçısı Mile Svilar İtaliyada oynaya bilər.
Sportal.az “Walfoot” portalına istinadən xəbər verir ki, "Roma" gənc qolkiperi transfer etmək üçün Portuqaliya klubu ilə danışıqlara başlayıb.
Lissabon klubu ilə müqaviləsini yeniləməyən Svilar "Roma"ya keçidə razılıq verib.
Belçikada doğulan qapıçı bu ölkənin aşağı yaş qruplarından ibarət bütün yığmalarında oynasa da, hazırda Serbiyanın əsas millisinin üzvüdü.
