"Ümid edirəm ki, Messi "Barselona"ya qayıdacaq"

21:23 - 27 Mart 2022

"Barselona"nın yarımmüdafiəçisi Pedri Lionel Messi barədə danışıb.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu PSJ-də oynayan Messinin yenidən "Barselona"ya dönəcəyinə ümid etdiyini dilə gətirib:

"Vaxt olduqda Messinin oyunlarına baxıram. Ondan çox şey öyrənmək olar. Messi ilə meydanda və meydandan kənarda yaxşı vaxt keçirmişik. Ümid edirəm ki, bir gün "Barselona"ya qayıda bilər".

Xəbər xətti