Latviya milli komandasının futbolçusu Vladislavs Qutkovskis Azərbaycanla oyundan öncə təşkil edilən mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 26 yaşlı forvard qarşılaşmaya hazır olduqlarını bildirib:
"Sabahkı oyuna hazırıq. Yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Qarşıda bizi çox maraqlı matç gözləyir. Sabah oynaya, qalib gələ və qol vura biləcəyimizi göstərəcəyik.
Düşünürəm ki, Küveytə qarşı yaxşı oyun keçirdik, məşqçilərin bizdən tələb etdiklərinin çoxunu həyata keçirdik. Hücumların sonunda bir az şanssızlıq yaşadıq. Bu elementi təkmilləşdirmək lazımdır".
saytlarin hazirlanmasi
