Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
Sportal.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Arman Avaqyanla qarşılaşıb.
Rəqibinə 1 dəqiqə 51 saniyə qalib gələn Aşırov yarımfinala yüksəlib.
