Azərbaycanlı hakim dünya çempionatı oyunlarına təyinat aldı

16:30 - 28 Mart 2022

Futzal üzrə FIFA referisi Əli Cəbrayılov Dünya çempionatının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb.

Sportal.az xəbər verir ki, Almaniya, San Marino, Monteneqro və Cəbəllütariq milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları aprelin 5-dən 10-dək Almaniyada təşkil ediləcək.

Xəbər xətti