"Milan"ın baş məşqçisi ən yaxşı seçildi

18:27 - 28 Mart 2022

İtaliya A seriyasında martın ən yaxşı məşqçisinin adı məlum olub.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan”ın baş məşqçisi Stefano Pioli ən yaxşı seçilib.

​Mükafat aprelin 4-də A seriyasının “Bolonya” ilə oyunundan öncə ona təqdim ediləcək. Bu ay “rossonyerlər” 4 matçda 3 qələbə qazanıb.

Xəbər xətti