Avstriya millisinin baş məşqçi postunda dəyişiklik olacaq.
Sportal.az Avstriya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Franko Foda yığmadan ayrılacaq.
Şotlandiyaya qarşı keçiriləcək yoxlama görüşü 55 yaşlı mütəxəssis üçün millidəki son oyun olacaq. Fodanın öz istəyilə millidən ayrıldığı iddia olunur.
Foda 2018-ci ildən millini çalışdırır. O, milliyə qədər “Şturm” və “Kayzerslauten” klublarında işləmişdi. Onu millidə kimin əvəzləyəcəyi isə hələ ki, dəqiq deyil.
