Premyer Liqa klubu danimarkalıya yeni müqavilə təklif edəcək

22:59 - 28 Mart 2022

İngiltərə Premyer Liqasının təmsilçisi "Brentford" Kristian Eriksenlə müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, klub hələ 30 yaşlıya rəsmi olaraq yeni müqavilə təklif etməyib.

Klub rəhbərliyi Eriksenə "altılıq"da qərarlaşan komandalardan maraq olmayacağı təqdirdə, heyətdə saxlayacağına inanır. Danimarkalının müqaviləsi iyunda sona çatacaq.

 

Xəbər xətti