"Qarabağ"ın futbolçuları Patrik Andrade ilə Leandro Andradenin formasını geyindiyi Kabo-Verde yığması növbəti yoldaşlıq oyununa çıxıb.
Sportal.az xəbər verir ki, sözügedən komanda doğma meydanda San Marino ilə qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.
Leandro Andrade də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Patrikin adı isə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
