Bu gün DÇ-2022-də pley-off mərhələsinin final oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, Portuqaliya Şimali Makedoniyanı, Polşa İsveçi qəbul edəcək.
Hər iki matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Qalib komandalar bu il Qətərdə keçiriləcək Dünya çempionatına vəsiqə qazanacaq.
Şotlandiya - Ukrayna görüşü iyuna təxirə salınıb. Bu oyunun qalibini isə Uelslə final matçı gözləyir.
29 mart
22:45. Portuqaliya - Şimali Makedoniya
Portu, "Draqau" stadionu
22:45. Polşa - İsveç
Xojuv, "Şlyonski" stadionu
