Türkiyə millisində üç futbolçu heyətdən uzaqlaşdırıldı

11:00 - 29 Mart 2022

İtaliya ilə yoxlama oyundan əvvəl Türkiyə millisinin heyətində dəyişiklik edilib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdülkadir Ömür, Yusuf Yazıcı və Serdar Aziz zədə səbəbindən heyətdən uzaqlaşdırılıb.

Türkiyə bu gün Konya şəhərində İtaliya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Xəbər xətti