“Marsel” Fransa Liqa 1-in XXX turunda “Sent-Etyen”lə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, “Marsel” azarkeşləri sözügedən səfər matçına buraxılmayacaq. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Buna səbəb son illərdə iki komanda arasında keçirilən oyunda ciddi insident yaşanması və fanatların asayişi pozması səbəb olub.
Qadağaya əməl etməyən fanatlara 6 aylıq həbs cəzası veriləcək və 30 min avro məbləğində cərimələnəcək.
“Sent-Etyen” – “Marsel” oyunu aprelin 2-də baş tutacaq.
