"Qarabağ"ın futbolçusu Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi yoldaşlıq oyununa çıxıb.
Sportal.az xəbər verir ki, komanda Podqoritsa şəhərindəki eyniadlı stadionda Yunanıstanla qarşılaşıb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.
Veşoviç də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi sona qədər oynayıb. O, 90+1-də sarə vərəqə ilə cəzalanıb.
